Hacı Rahid Kərimov: Şübhəsiz ki, Qüds azad olunacaq

Tiflis şəhərinin Soğanlıq rayonundakı Əhli-Beyt məscidinin axundu Fələstin xalqının qiyamını və haqqı uğrunda mübarizəsini müdafiə edib.
Tiflis şəhərinin Soğanlıq rayonundakı Əhli-Beyt məscidinin axundu Fələstin xalqının qiyamını və haqqı uğrunda mübarizəsini müdafiə edib.
Hacı Rahid Kərimov deyib: “Fələstin müqavimət qüvvələrinin 7 oktyabr tarixində qəsbkar İsrail rejiminə hücumu bu rejimin dünyadakı imicini aşağıladı və onları sındırdı”.
O cümə namazında etdiyi çıxışında qeyd edib ki, bütün bu illər ərzində Qəzzədə minlərlə qadın, kişi, uşaq və qoca qəsbkar rejim tərəfindən vəhşicəsinə qətlə yetirilib. Əl-Əqsa tufanı adlı əməliyyat isə əslində həmin yığılmış zülmə cavab idi.
Hacı Rahid sonra deyib: “Məzlum Fələstin xalqı illərdir mübarizə aparır, amma heç kim onlara kömək etmir. Şübhəsiz ki, Qüds azad olunacaq və qəsb edilmiş torpaqlar sahiblərinə çatacaq. Otuz ildən sonra Azərbaycan qəsb edilmiş torpaqlarını geri aldısa, Fələstin də öz ərazi bütövlüyünə nail olacaq və məzlum Fələstin xalqı o zalım qəsbkar rejimin pəncəsindən qurtulub öz haqqlarını alacaq”.