Hacıqabulda ağır yol qəzası olub-Fotolar

Hacıqabulda ağır yol qəzası olub-Fotolar

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvai kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Ülvi Mahir oğlunun idarə etdiyi “Ateko” markalı 90 XT 914 dövlət nömrə nişanlı avtomobil Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Hüseynəliyev Seyran Güloğlan oğlunun idarə etdiyi qumla yüklü olan “KamAZ” markalı avtomobilinə arxadan çırpılıb.

Nəticədə “Ateko” markalı avtomobildə olan sərnişin Gürcüstan vətəndaşı, 2000-ci il təvəllüdlü Bayramov Anar Sədrəddin oğlu hadisə yerində ölüb.

Qəzada yaralanan avtomobillərin sürücüləri Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ölən sərnişinin avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə bölməsinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobilində olan qum magistral yola dağılıb. Hazırda yola dağılan qumun təmizlənməsi və qəzanın yol infrastrukturuna vurduğu fəsadlar aradan qaldırılır.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 18 =