Hacıqabulda oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Hacıqabulda oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Hacıqabul polisi rayon ərazisində oğurluq edən əvvəllər dəfələrlə məhkum olunmuş 3 nəfəri saxlayıb.

Hacıqabul rayonunun Atbulaq kənd sakini Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus avtoyuma məntəqəsindən 3100 manat dəyərində avadanlıqların oğurlanması barədə məlumat verib.

Hacıqabul və Naftalan RPŞ-lərin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən 3 nəfər – Cinayət Məcəlləsinin doqquz maddəsi üzrə məhkum olunmuş Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Dünyamalıyev Amil Səfəralı oğlu, əvvəllər Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə məhkum olunmuş 1984-cü il təvəllüdlü Həşimov Taleh Rasim oğlu və əvvəllər Cinayət Məcəlləsinin doqquz maddəsi üzrə məhkum olunmuş Bakı sakini, 1979-cu il təvəllüdlü Rəhimov Seyran Rahim oğlu saxlanılıb.

İstintaq tərəfindən onların oğurluq və digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =