Hacızadə SEPAH-ın Mossad kəşfiyyat qərargahına raket hücumunun təfərrüatlarını açıqlayıb

Hacızadə SEPAH-ın Mossad kəşfiyyat qərargahına raket hücumunun təfərrüatlarını açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu Aerokosmik Qüvvələrinin komandanı SEPAH-ın Mossad casus qərargahına raket hücumunun təfərrüatlarını açıqlayaraq deyib: “Xuzistanın cənubundan İdlibdəki təkfirçi qruplaşmanın qərargahına 4 Xeybərşekən atıldı.”

İRNA-nın siyasi sahə üzrə bölməsinin verdiyi məlumata görə, general-mayor Əmir Əli Hacızadə SEPAH-ın Baş komandanı general-mayor Hüseyn Səlami ilə telefon danışığında deyib: “Saat 12-də bütün işlər uğurla həyata keçirildi və Xuzistanın cənubundan İdlibdəki təkfirçi qruplaşma istiqamətində 4 ədəd Xeybərşekən atıldı.”

O, əlavə edib: “Kirmanşahdan 4 ədəd, Şərqi Azərbaycandan isə sionistlərin qərargahına 7 ədəd raket atıldı.”

SEPAH Aerokosmik Qüvvələrinin komandanı bildirib: “Yaxın saatlarda da 9-a yaxın raket təkfirçi və İŞİD terrorçularının ikinci qrupunu hədəfə alacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =