Hadi Əl-Amiri bütün xarici qüvvələrin İraqdan dərhal çıxarılmasını tələb edib
İraq ordusunun yaradılmasının ildönümündə İraqdakı Fəth koalisiyasının rəhbəri bütün xarici hərbi qüvvələrin İraq ərazisindən dərhal çıxarılmasının vacibliyini vurğulayıb.
İraqdakı Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri bu gün verdiyi açıqlamada İraq ordusunun yaranmasının ildönümünü təbrik edərkən, bu ölkənin xarici döyüş qüvvələrinə ehtiyacının olmadığını vurğulayıb.
“Earth News” saytının məlumatına görə, Hadi Əl-Amiri İraq ordusunun ötən illərdəki fəaliyyətlərinə toxunub və bu ölkənin qüvvələrinə təşəkkür edərək, bəyanatının bir hissəsində İraq ordusunun əldə etdiyi nailiyyətləri qeyd edib.
Əl-Amiri deyib: “İraq ordusunun nailiyyətləri onun tam səriştəsini və İraq torpaqlarında xarici qüvvələrin olmasına ehtiyac olmadan təhlükəsizliyi və sabitliyi qorumaq üçün qarşısına qoyulan vəzifələri yerinə yetirməyə hazır olduğunu göstərir. Buna görə də biz bütün xarici hərbi qüvvələrin ölkədən dərhal çıxarılmasını və milli suverenliyin tam bərqərar olmasını tələb edirik.”
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Süleymani və Həşdi Şəbi Təşkilatının sədr müavini Əbu Mehdi Əl-Mühəndisin Bağdad hava limanında şəhadətindən iki gün sonra İraq parlamenti amerikalı əsgərlərin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib və bu ölkə hökumətindən ABŞ-ın rəhbərlik etdiyi bütün xarici qüvvələrin İraqdakı mövcudluğuna son qoymağı tələb edib.
Amma bu qətnamənin icrası İraqın əvvəlki hökumətində tam həyata keçirilməyib.