Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulub

Haitidə ABŞ səfirliyinin korteji atəşə tutulub

ABŞ-ın Haitidəki səfirliyinin avtomobil korteji naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı səfirliyin bəyanatına istinadən məlumat yayıb.

Hücum Haitinin paytaxtının şimal-şərq hissəsində yerləşən Port-o-Prens şəhərində, silahlı dəstə üzvlərinin nəzarətində olan Krua-de-Buket bölgəsində baş verib.

Qeyd olunub ki, diplomatik nümayəndəliyin əməkdaşlarından heç biri xəsarət almayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =