Haitidə Baş nazir Anrinin rəhbərlik etdiyi hökumətin tərkibi təsdiqlənib
Haiti hökuməti, ölkə prezidenti Jovenel Moizin öldürülməsindən iki gün əvvəl baş nazir vəzifəsinə təyin edilən Ariel Anrinin başçılıq etdiyi yeni kabinetin tərkibini təsdiqləyib.
Müvafiq məlumatlar ölkənin rəsmi qəzeti “Monitor”da dərc olunub.
“Ariel Anri Baş Nazirdir. Baş nazirin rəhbərlik etdiyi Nazirlər Şurası, yeni prezident seçilənə qədər icra səlahiyyətlərinə sahibdir”, mətndə deyilir.
SalamNews