Haitidə yanacaq maşının partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb -VIDEO)
Haitinin şimalında yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb.
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Haiti Səhiyyə mənbələri məlumat veriblər.
Haiti polisinin məlumatına görə, avtomobil Kap-Haitien şəhərində qəzaya uğrayıb və zərərçəkənlər qəzadan sonra axan yanacağı yığmaq istəyiblər.
Daha sonra partlayış baş verib və ölənlərin sayı 60-a çatıb.
Yerli xəstəxanalar partlayış nəticəsində yaralananlarla dolub.
Baş nazir Ariel Henri üç günlük matəm elan edib.
Salamnews.az