Hakan Fidan Dohada Həmasın yeni rəhbəri Xalid Məşəllə görüşüb, başsağlığı verib

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HAMAS rəhbərliyinə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verib.
APA TRT-yə istinadən xəbər verir ki, Dohada keçirilən görüşdə HAMAS Siyasi Bürosunun rəhbəri Xalid Maşal və İsmayıl Haniyənin övladları – Əbdüssalam və Həmmam Haniyə də iştirak edib.