Hakim partiyanı daha bir deputat tərk etdi

Hakim partiyanı daha bir deputat tərk etdi

Publika.az xəbər verir ki, o, bununla bağlı bəyanatla çıxış edib.

Quram Maçaraşvili hakim partiya sıralarını iyunun 28-də tərk etmiş həmkarları – Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə qoşulacağını bildirib.

O, bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini deyib.

“İctimaiyyətə lazımi məlumatların verilməsi adlanan siyasət düzgündür, çünki demokratiyanın əsas prinsipi ondan ibarətdir ki, ictimaiyyət siyasi prosesləri bilməlidir. Buna görə də qərar qəbul edən şəxs ictimaiyyətdir, bu mənada mənim hazırki üzv olduğum fraksiya cəmiyyətə bəzi zəruri məlumatların çatdırılmasına mane ola bilər”, – deyə Quram Maçaraşvili qeyd edib.

Məlumat üçün bildirək ki, son bir ayda hakim partiyanı üç deputatla yanaşı bölgələrdəki bir sıra məmurlar da tərk edib. “Gürcü Arzusu”ndan istefa verənlərin fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 18 =