HAMAS əsirləri azad etməsə, Qəzzaya su və elektrik enerjisi verilməyəcək

HAMAS əsirləri azad etməsə, Qəzzaya su və elektrik enerjisi verilməyəcək

HAMAS israilli əsirləri azad etməyənədək Qəzzaya su və elektrik enerjisinin verilməsi bərpa edilməyəcək.

 “The Times of İsrael” xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz bildirib.

Nazir deyib ki, HAMAS-ın İsrailə hücumu zamanı əsir götürülən israillilərin hər biri evinə dönməyənə qədər anklavın elektrik və su təchizatının bərpa olunmasından söhbət gedə bilməz.

Qeyd edək ki, HAMAS döyüşçülərinin İsrailin cənubunda əsir götürdüyü 150-dən çox insanı Qəzza zolağına apardığı güman edilir.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

9 oktyabrdan etibarən İsrail hakimiyyəti Qəzza zolağının tam miqyasda blokadaya alınması, elektrik və su təchizatının kəsilməsi, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − seven =