HAMAS İsraillə əsir mübadiləsi üzrə sazişin müddətini uzatmaq istəyir

HAMAS İsraillə əsir mübadiləsi üzrə sazişin müddətini uzatmaq istəyir

HAMAS İsraillə əsir mübadiləsi üzrə sazişi dörd günə qədər uzatmağa hazırdır.

Bu barədə “Livan 24” xəbər portalına Dohadakı danışıqlarda iştirak edən ərəb vasitəçilərinə yaxın mənbə məlumat verib.

Qeyd olunub ki, bu halda radikallar qadın və uşaqlar da daxil olmaqla daha 40-a yaxın insanı azad etməyə hazırdırlar.

HAMAS hərəkatı həmçinin Qəzza zolağında İsraillə humanitar atəşkəsə dair razılaşmanı da uzatmağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, İsraillə əsir mübadiləsi üzrə saziş iki gündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + four =