Hamilə qadını öldürdülər, bətnindəki körpəni…

Hamilə qadını öldürdülər, bətnindəki körpəni…

Publika.az “CBS News”-a istinadla xəbər verir ki, adları açıqlanmayan kişi və qadın hamilə qadını körpəyə paltar almaq vədi ilə sosial şəbəkə vasitəsilə aldadıblar. Hücum edənlər onu öldürüb, sonra körpəni mərhumun qarnından çıxarıblar.

Polis şübhəliləri saxlayıb və tamamilə sağlam olduğu üzə çıxan körpəni onlardan alıb.

Hadisəni törədən şəxslər adam oğurluğu və adam öldürmə ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. İstintaqda məlum olub ki, həbs edilən qadın sonsuzluq səbəbindən təbii yolla uşaq sahibi ola bilmədiyi üçün qətli planlaşdırıb.

Bu, Meksikada son illərdə üçüncü belə hadisədir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + nine =