Haniyyə bütün fələstinli əsirlərin azad edilməsinin zəruriliyindən danışdı

Haniyyə bütün fələstinli əsirlərin azad edilməsinin zəruriliyindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə, əsirlikdən azad olmuş bir fələstinli qadın Ənhar Diklə telefon əlaqəsi saxlayaraq, onun iradəsini və səbrini yüksək qiymətləndirmişdir.

Palestine Online -a görə, Həniyyə sionist rejimin zindanlarındakı bütün fələstinli əsirlərin azad edilməsi üçün davam edən səyləri bir daha vurğulayaraq deyib: “Əsirlərin məsələsi bizim gündəmdə olan əsas problemimizdir.”

Hamilə bir qadın olan Ənhar Dik doğuş astanasındadır. Buna görə də son vaxtlar pis həbsxana şəraitinə görə onun sağlamlığının təhlükəyə düşməsi ilə bağlı bir çox xəbərdarlıqlar edimişdi.

Əsirlərin İşləri üzrə Komitənin tədqiqat şöbəsinin müdiri Əbdül Nasir Fərvanə, İsrail həbsxanalarında təxminən 4800 fələstinli əsirin saxlanıldığını söyləyib.

Bu statistikaya görə, İsrail həbsxanalarda 39 qadın, 170 uşaq və onlarla qoca olmaqla təxminən 4800 fələstinli əsir saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 5 =