Hansı İsrail rəsmiləri Haaqa məhkəməsi tərəfindən həbs oluna bilərlər?

Hansı İsrail rəsmiləri Haaqa məhkəməsi tərəfindən həbs oluna bilərlər?

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra sionist məmurlar hərbi cinayətlərdəki rollarına görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs oluna bilər.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, Beynəlxalq Cinayət Məhkəməsinin imkanları məhdud olduğundan (müfəttiş, prokuror və hakim) on nəfərdən çox adamı mühakimə edə bilməyəcəyi ehtimal olunur.

“The Jerusalem Post”-a görə, məhkum olunacaq ilk qrup 2014-cü ildə Qəzza müharibəsi ilə bağlı qərarlarda iştirak edənlərdir. İkinci qrup Qəzza sərhəd böhranında əli olanlar, üçüncü qrup isə yaşayış məntəqələrinin genişləndirilməsi qərarında iştirak edənlərdir.

İşğal olunmuş ərazilərdə nəşr olunan bu qəzet əlavə edib ki, İsrail baş naziri Benyamin Netanyahu hər üç kateqoriyada yer alır və bundan əlavə o zamankı ordu baş qərargah rəisi Beni Qantzın və rejimin Qəzza müharibəsi dövründə müdafiə naziri olan Moşe Yalonun da böyük ehtimalla həbs edilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 15 =