Haqsız yerə həbs edildi, azadlığa çıxdı – 4 milyon dollar tələb edir

Haqsız yerə həbs edildi, azadlığa çıxdı – 4 milyon dollar tələb edir

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

2002-ci ildə Miller Klivlend Heights sakinini zorlamaqda ittiham olunaraq 40 il həbs cəzasına məhkum edilib. Hücum zamanı qurbanın pul kisəsi oğurlanıb və polis onun çantasında olan mobil telefonunu axtarmağa başlayıb. Nəhayət, polis Milleri həmin telefon vasitəsilə tapıb. O isə bildirib ki, çantanı oğurlamayıb onu narkotik müqabilində bir nəfərdən alıb. Zorlama və hücumda əli olmadığını dəfələrlə söylələyib.

Daha sonra Ohayo Təqsirsizlik Layihəsi işə başlayıb. Həmin zorlama hadisəsini Millerin deyil, DNT-si aşkar edilən oxşar cinayətə görə məhkum edilmiş iki kişinin törətdiyi məlum olub.

2021-ci ilin avqustunda hakim bildirib ki, Miller haqsız yerə həbs edildiyi üçün təzminat tələb etmək hüququna malikdir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =