Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.

Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.

“Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır”, – deyə o bildirib.

Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 15 =