Haşim Səfiyəddin: İsrail cinayətləri ilə mübarizə aparmağın yeganə yolu müqavimətdir

Haşim Səfiyəddin: İsrail cinayətləri ilə mübarizə aparmağın yeganə yolu müqavimətdir

 Hizbullahın icra şurasının rəhbəri Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətin işğalçıların cinayətləri ilə mübarizə apara bilmədiyini vurğulayaraq Nuseyrat qırğınından sonra İsrail cinayətləri ilə mübarizə aparmağın yeganə yolunun müqavimət olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Haşim Səfiyəddin Qəzzə müharibəsi ilə bağlı inkişaflardan danışarkən deyib: Sionist rejimin bu günlərdə Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki qətliam, İsrail ordusunun ordu kimi deyil, qəsdən günahsız insanları qətlə yetirən, müdafiəsiz qadın və uşaqları bir göz qırpımında qıran cinayətkar və qatil olduğunu sübut etdi.

“Əgər hələ də özünü aldadan və sözdə qlobal vicdan, beynəlxalq və humanitar qurumlara arxalananlar varsa, biz onlara deyirik ki, öz məntinizə müraciət edərək silahsız bu vəhşi düşmənə qarşı necə dayana biləcəyini barədə düşünün. Barbar və işğalçı sionist rejimin təhdidləri təkcə indiki dövrlə bağlı deyil, bu təhdidlər Livana, onun suverenliyinə, maraqlarına, sularına və sərhədlərinə qarşı həmişə mövcud olub və torpaqlarımızın bir hissəsi hələ də sionistlər tərəfindən işğal altındadır” deyə Səfiyəddin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 7 =