Hava ilə bağlı XƏBƏRDARLIQ – İyulun 26-da…

Hava ilə bağlı XƏBƏRDARLIQ – İyulun 26-da…

“Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti küləkli, qeyri-sabit və yağıntılı keçib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm-dək qeydə alınıb”.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, qeyd edib ki, bəzi bölgələrdə şimal-qərb küləyi 18-22 metr/saniyə, Bakı və Abşeron yarımadasında 28-30 metr/saniyəyədək yüksəlib.

“Müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. İyulun 27-29-da hava şəraitinin sabit, gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Bu həftəsonu yenidən şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır”, – G.Məmmədova bildirib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 4 =