Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.

“Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =