Havada toz dumanı müşahidə olunur

Havada toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır: “Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 4 =