Hayfa sakinləri Əl-Qəssam qəbiristanlığının sökülməsinə etiraz edirlər
Fələstinli fəallar və çoxlu sayda Hayfa sakini cümə günü şəhərdəki Əl-Qəssam qəbiristanlığının sökülməsinə etiraz ediblər.
Qəbiristanlıqda dəfn edilənlərin ailələri və yaxınları onun dağıdılmasından qəzəblənib və sionist rejimin bu cinayətini pisləyən şüarlar səsləndiriblər.