Hebronda bir sionist əsgər yaralanıb

Hebronda bir sionist əsgər yaralanıb

Media mənbələri Hebronun şimalında sionist rejimin hərbi qüllələrindən birinin yaxınlığında partlayıcı qurğunun partladığını və bu rejimin bir əsgərinin yaralandığını bildirib.

İbrani media mənbələri cümə axşamı günortadan sonra İordan çayının qərb sahilindəki Hebron şəhərinin şimalından partlayış səsi eşidildiyini bildirib.

Şams News bu mənbələrə istinadən xəbər verir ki, Əl-Ərub düşərgəsinin girişi yaxınlığında sionist rejimə aid hərbi qüllələrdən birinə tərəf partlayıcı qurğu atılaraq işə salınıb.

İbrani mənbələri bu partlayış zamanı bir sionist əsgərin ağır yaralandığını bildirib. Mümkün itkilər və əməliyyatın icraçısı barədə ətraflı məlumat verilmir. Bu video da bu hərbi qüllənin yaxınlığından götürülüb:

Sionist “Kan” kanalı bu gün səhər kiberməkanda yayımlanan görüntülərə istinadən məlumat verib ki, İordan çayının qərb sahilinin şimal-qərbindən sionistlərin “Şaked” qəsəbəsinə doğru raket atılıb və raket səmada partlayıb.

Bu şəbəkənin məlumatına görə, İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı “Nəzle İsa” kəndində əldəqayırma raketlərin atılması üçün istifadə edilən saxta buraxılış qurğusu aşkarlayıb. İordan çayının qərb sahilində raket atışma anının şəkillərinin dərcindən sonra İsrail ordusu yoxlamalara başlayıb.

Sionist daxili təhlükəsizlik agentliyinin (Şəbək) rəhbəri “Ronin Bar” bundan əvvəl sionist rejimin Qəzza zolağına qarşı son müharibəsinin əvvəlində açıqlamışdı ki, İordan çayının qərb sahilində yerləşən Cənin şəhərində raket istehsalı infrastrukturu aşkar edilib.

Bu sionist rəsmi iddia etmişdi ki, sionist rejim qüvvələri İordan çayının qərb sahilinin şimalından sionist yaşayış məntəqələrinə doğru raket və mərmilər atmaq niyyətində olan bir qrupun qarşısını ala biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 12 =