“Heç bir ölkə Rusiyanı təcrid edə bilməz, yaxında…” -SENSASİYA

“Heç bir ölkə Rusiyanı təcrid edə bilməz, yaxında…” -SENSASİYA

Publika.az xəbər verir ki, müşahidəçinin fikrincə, “Vaşinqtonun dünyaya istədiyini diktə etdiyi günlər geridə qaldı”.

“Əsas nəticə ondan ibarət idi ki, ABŞ-ın dünya siyasətində hökmranlığı səngiməkdədir və heç bir ölkə Rusiyanı təcrid edə bilməz”.

Venq qeyd edib ki, Uzaq Şərqdə “dünyanın ən böyük” sənaye və istehsal kəməri yaradılır və yaxın iki onillikdə Atlantikanın hər iki tərəfindən Uzaq Şərqə “tarixdə ən böyük sərvət transferi” baş verəcək: “Çin, Yaponiya, Cənubi Koreya və ASEAN arasında transsərhəd əmək bölgüsünün beynəlxalq modeli qurulub və regionun ümumi ixracı artıq Aİ və Şimali Amerikanın birgə ixracını üstələyib”.

Vanq Venq hesab edir ki, Rusiya Uzaq Şərqlə yaxınlaşmasını sürətləndirəcək. “Bu səbəbdən Qərbin sanksiyaları onu öldürməyəcək, əksinə, Qərblə bağlı illüziyaları rədd edən və tədricən Şərqə daha dərin inteqrasiya edən, Şərq ölkələrinin yüksəlişinin dividendlərindən həzz alan yeni Rusiya yaradacaq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 14 =