HƏMAS: Baydenin mövqeləri ziddiyyətlidir
Həmas siyasi bürosunun üzvü Qəzzada baş verən hadisələrlə bağlı Baydenin mövqelərinin ikili olduğunu vurğulayaraq deyib: Amerikanın Qəzzaya qarşı müharibəni dayandırması üçün Netanyahuya təzyiq etmək qəsdi yoxdur.
Əl Aləm telekanalının məlumatına görə, Hissam Bədran ABŞ seçkiləri yaxınlaşdıqca Bayden administrasiyasının rəftarı və sözləri arasında ziddiyyət müşahidə olunur.
Bərdan həmçinin tələblərinin tamamilə təbii və humanist olduğunu, Netanyahu kabinetinin müharibəni dayandırmaqla deyil, Qəzza müharibəsini aşındırmaqla siyasi qazanc əldə etmək istədiyini vurğulayaraq deyib: Fələstin müqaviməti heç bir vəchlə öz tələblərindən, yəni müharibənin tam dayandırılması və işğalçı qüvvələrin Qəzza zolağından bütünlüklə çıxarılması tələbindən geri addım atmayacaq.
Həmas rəsmisi həmçinin deyib: Biz Fələstin xalqını müdafiə etmək üçün müharibəyə başladıq və işğalçı qüvvələrlə qarşı-qarşıya qalmağa davam edəcək, təslim olmayacağıq!