HƏMAS: Beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər hara baxır?!

HƏMAS: Beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər hara baxır?!

 Həmas sionist ordusunun Deyrəl Bələhdə fələstinli qaçqınların məktəbini hədəf almaq cinayətinə cavab olaraq bəyanat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda  deyilir: İşğalçı rejim ordusu qırıcı təyyarələrinin hücumundan sonra Qəzza zolağının mərkəzindəki Deyrəl Bələh şəhərində minlərlə köçkünü olan Rufidə məktəbində iyrənc qırğını həyata keçirib. 26-dan çox şəhid və onlarla yaralı var. Onların əksəriyyəti qadın, uşaq və qocadır.

Həmasın Teleqram səhifəsində dərc etdiyi bəyanatın  davamında deyilir: Rəfəh və Qəzzanın şimalında, xüsusən də Cibaliyyada baş verən qətllər sionist rejimin ABŞ pərdəsi altındakı cinayətlərinin davamıdır. Qəzzə zolağının şimalında bu işğalçı faşist ordusunun qətliamı ilə eyni vaxtda baş vermiş bu qətliam əslində onlara dəstək verən və himayədarlıq edənlərin də təqsiridir. Bir ildir Fələstində xalqımıza qarşı soyqırım eidr, yaşayış məntəqələrində, evlərdə, sığınacaqlarda və qaçqın mərkəzlərində müdafiəsiz mülki şəxsləri qəsdən hədəfə alır. BMT və beynəlxalq təşkilatların gözü hara baxır bəs?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =