HƏMAS beynəlxalq ictimaiyyəti Qəzza xalqına dəstək verməyə çağırıb

HƏMAS beynəlxalq ictimaiyyəti Qəzza xalqına dəstək verməyə çağırıb

HƏMAS hərəkatının yüksək səviyyəli liderlərindən olan İzzət Ər-Rişq çətin həyat şəraitindən əziyyət çəkən Qəzza xalqına beynəlxalq ictimaiyyətdən və İslam dünyasından təcili humanitar yardım istəyib.

İRNA-nın verdiyi məlumata görə, Əl-Rişq deyib: Qəzzada 40-dan çox uşaq aclıqdan şəhid olub və mühasirədən sonra 3500 uşaq qida çatışmazlığı səbəbindən risk altındadır.

Ər-Rişq daha sonra davamlı mühasirə və bombardmanlar nəticəsində insan həyatının ən zəruri ehtiyaclarından məhrum olan Qəzza sakinlərinin iztirablarının daha da ağırlaşdığına işarə edərək, bu zolaqda humanitar vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək deyib: Qəzza zolağının sakinləri 9 aydan artıqdır ki, evlərindən didərgindir və onlar 17 ildən artıqdır ki, davamlı mühasirə altında yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − three =