HƏMAS: Biz İsraillə qismən razılaşmaları qəbul etməyəcəyik

HƏMAS-ın siyasi bürosunun üzvü Mardavi, İsraillə “qismən razılaşmaları” qəbul etməyəcəklərini söyləyərək, hücumlara son qoyulması üçün real zəmanətləri ehtiva edən hərtərəfli məhbus mübadiləsi razılaşmasında israrlı olduqlarını vurğuladı.
Həmas siyasi bürosunun üzvü Mahmud Mərdavi vurğulayıb ki, müqavimət “hücumların sona çatması üçün real təminatlarda israr edir və heç bir qismən razılaşmanı qəbul etməyəcək”.
Mərdavi, “Doha və Qahirədə danışıqların davam etdiyini və onlar müharibəni bitirəcək, İsrailin tam çıxarılmasına zəmanət verəcək və Qəzzaya yardım və yenidənqurma işlərini təmin edəcək hərtərəfli əsir mübadiləsi razılaşmasına nail olmaq üçün kifayət qədər çeviklik nümayiş etdirəcəklərini” deyib.
Bundan əvvəl İsrail Baş Qərargah rəisi Eyal Zamir HƏMAS məhbuslarının azad edilməsində irəliləyiş əldə olunmayacağı təqdirdə Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ilə hədələyib. Dünən Ümumdünya Ərzaq Proqramı Qəzzaya keçid məntəqələrinin bağlanmasının davam etməsi səbəbindən Qəzzada ərzaq ehtiyatlarının tükəndiyini açıqlayıb.