HƏMAS: Bu anti-sionist əməliyyat Təl-Əvivin cinayətlərinə cavabdır
Həmas İordan çayının qərb sahilində yeni anti-sionist əməliyyatının işğalçı rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab olduğunu vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Həmas bu gün (4 fevral) bir bəyanatda Fələstin vətəndaşının İordan çayının qərb sahilindəki “Tiyasir” keçid məntəqəsində anti-sionist əməliyyatı ilə bağlı elan edib: Anti-sionist əməliyyatlarımız davam edir və sionist rejimin təcavüzkarlığı cavabsız qalmayacaq.
Bəyanatda həmçinin deyilir: Sionist rejimin İordan çayının qərb sahili, Cenin, Tulkərəm və Tubasdakı düşərgələrinə qarşı davam edən cinayətləri Fələstin xalqının iradəsinin zəifləməsinə səbəb olmayacaq.
Həmas bu bəyanatda İordan çayının qərb sahili xalqının cihadını və müqavimətini alqışlamaqla yanaşı, işğalçılar və sionist qəsəbə sakinlərinə qarşı mübarizəni genişləndirməyə çağırıb.