HƏMAS-dan cavab aldıq, dəyərləndiririk – İsrail

HƏMAS-dan cavab aldıq, dəyərləndiririk – İsrail

İsrail tərəfi girovlarla bağlı HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilərlə cavab alıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və MOSSAD kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.

“İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün müsbət hərəkətlərə hazır olduğunu bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =