HƏMAS: Düşmənin cinayətləri artırmaqda məqsədi danışıqlara təzyiq göstərməkdir
HƏMAS hərəkatının liderlərindən olan Üsamə Həmdan verdiyi açıqlamada bildirib ki, düşmənin Qəzzə xalqına qarşı cinayətlərini gücləndirməkdə məqsədi danışıqlara təzyiq göstərməkdir.
Həmdan Əl-Ərəbi kanalına müsahibəsində əlavə edib: Sionist düşmən atəşkəs danışıqlarında HƏMAS hərəkatına təzyiq göstərmək üçün Qəzza zolağında fələstinli mülki əhaliyə qarşı cinayət və qətllərini artırıb.
O, deyib: İşğalçı rejim müqavimət liderlərini hədəfə almaq iddiası ilə diqqəti Xan Yunisdəki cinayətindən yayındırmaq istəyir.