HƏMAS: Ərəb və İslam ölkələri sionist rejimlə bütün əlaqələrini kəsməlidir

HƏMAS hərəkatı bəyanat yayaraq, İsrail rejiminin Qəzza xalqını aclıqla öldürmək siyasətinin davam etdiyini vurğulayıb və bütün ərəb və islam ölkələrindən bu rejimlə diplomatik, siyasi və iqtisadi əlaqələri dərhal dayandırmağı tələb edib.
Bəyanatda bildirilir:
“Fələstin xalqı aclıqdan can verir. Artıq vaxt çatıb ki, bütün maneələr aradan qaldırılsın, keçid məntəqələri açılsın və Qəzzənin aclıq çəkən əhalisinə yardım göstərilsin.
HƏMAS həmçinin əlavə edib:
“Biz, ərəb və islam ölkələrinin bu sistematik soyqırım və aclıq siyasətinə qarşı səssizliyinə təəccüblənirik. Rəsmi mövqelər və reaksiyalar, 2 milyon 250 min insanın yaşadığı fəlakətin böyüklüyü ilə heç bir uyğunluq daşımır.”
Bəyanatda davamında qeyd olunur:
“Ümmətimizin rəhbərlərinin kar səssizliyi, cinayətkar Netanyahunun aclıq və soyqırım siyasətini davam etdirməsinə cəsarət verib. Millətimiz aclıq içindədir, bu zaman minlərlə yardım yük maşını Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir və onların girişinə icazə verilmir.”
HƏMAS həmçinin Riyad Ərəb-İslam Zirvə Toplantısının qərarlarının icra edilməməsini qınayaraq, mühasirənin yarılması və təzyiq alətlərinin aktivləşdirilməsi çağırışında da bulunub.