HƏMAS: Həniyyənin şəhadətindən sonra Sinvarın nəzarəti altında danışıqlar davam edirdi

HƏMAS: Həniyyənin şəhadətindən sonra Sinvarın nəzarəti altında danışıqlar davam edirdi

Həmas liderlərindən biri İsmayıl Həniyyənin şəhadətindən sonra sionist rejimlə vasitəli danışıqların bitmədiyini, Yəhya Sinvarın nəzarəti ilə davam etdiyini vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Üsamə Həmdan bu gün (21 oktyabr) deyib: Yəhya Sinvar Fələstin xalqının hüquqlarından əl çəkmədən Qəzza zolağında atəşkəsə çalışırdı. Sinvarın qəhrəmanlıq xarakteri onu cəbhə xəttində işğalçılara qarşı döyüşməyə vadar etdi.

Üsamə Həmdan əlavə edib: Sinvarın şəhadət səhnəsi və şəkilləri işğalçların Həmas liderləri haqqında qərəzli təbliğatını məğlub etdi. Yəhya Sinvar Misirlə barışıq və xalqlarla əlaqələri və ünsiyyəti gücləndirmək kimi mühüm qərarlar qəbul etməyə cəsarət etdi.

HƏMAS hərəkatının siyasi bürosunun üzvü deyib: Cibaliyyə əməliyyatı Yəhya Sinvarın şəhadətindən sonra Qəzza zolağında müqavimətin zəifləmədiyini sübut etdi. Həmas hərəkatı daxili vəziyyətini yaxşılaşdıracaq və bundan sonra Şəhid Sinvarın varisini müəyyənləşdirib elan edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − fourteen =