HƏMAS hərəkatı İordan çayının qərb sahilinin sakinlərini yerləşimçiərə qarşı ayağa qalxmağa çağırıb

HƏMAS hərəkatı İordan çayının qərb sahilinin sakinlərini yerləşimçiərə qarşı ayağa qalxmağa çağırıb

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İordan çayının qərb sahilində yaşayan fələstinliləri işğalçı İsrail rejimi və faşist yerləşimçiərin terrorizminə qarşı ayağa qalxmağa çağırıb.

HƏMAS öz bəyanatında sionist yerləşimçiər tərəfindən Ramallahın şimal-şərqində bir fələstinlinin şəhid olması və onlarla sakinin yaralanması ilə nəticələnən fələstinlilərin Əl-Muğir qəsəbəsinə hücumunu pisləyərək, İordan çayının qərb sahilində yaşayan fələstinlilərə yalnız güc dilini anlayan sionist düşmənə qarşı mübarizəyə davam etdirməyə çağırış edib.

HƏMAS bu bəyanatında qeyd edib: İşğalçı İsrail rejiminin cinayətkar ordusu Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsini davam etdirdiyi bir vaxtda onun terrorçu və faşist kabineti sionist terrorçu yerləşimçilər sürülərini Fələstinin İordan çayının qərb sahilindəki kənd və şəhərlərinə hücum etmək üçün yollayır.

Fələstinlilərin bu müqavimət hərəkatı əlavə etdi: Aqressiv sionist mühacirlər Ramallahın şimal-şərqindəki əl-Məğir şəhərinə hücumu bir Fələstin vətəndaşının şəhadəti və onlarla insanın yaralanması, bəzi vətəndaşların evlərinin və avtomobillərinin yandırılması və əmlaklarının məhv edilməsi ilə nəticələndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 6 =