HƏMAS-ın İranda təmsilçisi: Qüdsü azad edəcəyik
HƏMAS-ın İranda nümayəndəsi şəhid Nəsrullahın qırx mərasimində deyib: “Biz Qüdsü azad edəcəyik ki, İslamı azad edə bilək.”
Xalid Qudumi çərşənbə axşamı şəhid Nəsrullahın qırx mərasimində deyib: “Həll yolu düşmənlə vuruşmaq və qalib gəlməkdir. Fələstin xalqının Fələstini azad etməsi və azad yaşaması üçün başqa yol yoxdur.”
X. Qudumi əlavə edib: “Seyid Həsən Nəsrullah kimi müqavimət yolu şəhidlərinin həyatına nəzər saldıqda görürük ki, bunlar Peyğəmbər nəslindəndir və İslamın əvvəlindən belə olublar. Müqavimət cəbhəsi şəhidlərinin yolu İmam Xomeyninin inqilabı ilə başlayıb.”
HƏMAS rəsmisi deyib: “Onlar müqavimət yolunu tutdular və ucalmaq üçün bizə nümunə oldular. Biz Qüdsü müdafiə etdikdə bu o deməkdir ki, bütün İslam ümmətini müdafiə edirik.”
“Əl-Əqsa Tufanı bu işğalçı düşmənin qarşısını aldı. İstiqamətimiz Məscidül-Əqsadır və Əl-Əqsa Tufanı ilə bölgədə bu yeni dəyişiklik baş verəcək” – deyə, Qudumi bildirib.
HƏMAS rəsmisi vurğulayıb: “Düşmən heç vaxt bizim silahımızı ala bilməz.”