HƏMAS-ın Yeni il “təbriki”: 20 raket buraxdı

HƏMAS Yeni ilin ilk dəqiqələrində Qəzza zolağından İsrailə 20-dən çox raket atıb.
Bu barədə “Taysm of İsrail” məlumat yayıb.
Bildirilib ki, Dəmir Qübbə raketlərin əksəriyyətini ələ keçirib.
Hücumun İsrailin cənub və mərkəzi bölgələrinə edildiyi vurğulanıb.