HƏMAS-ın yüksək rütbəli üzvü: İsraillilərin məhbusların azad edilməsi üçün danışıqlardan başqa, bir yolu yoxdur
HƏMAS-ın siyasi ofisinin üzvü Həssam Bədran çərşənbə axşamı gecə deyib: Sionist rejimin məhbusların azad edilməsi üçün danışıqlardan başqa, bir yolu yoxdur.
İRNA-nın Şahab Fələstin xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həssam Bədran bildirib ki, israillilər danışıqlara məcburdurlar, çünki onların əsirləri azad etmək üçün bundan başqa yolu yoxdur.
O, əlavə edib: Sionist rejimin baş naziri Benyamin Netanyahu başa düşdü ki, HƏMAS-ın və müqavimətin məhv edilməsi mümkün deyil, ona görə də o, danışıqlara getməyə məcbur oldu.
HƏMAS-ın siyasi ofisinin üzvü vurğulayıb ki, Qahirədə davam edən danışıqların təfərrüatları barədə danışmaq hələ tezdir.
Bədran onu da bildirib ki, biz millətimizi müdafiə edirik və əlimizdə olan imkanlarla işğalçı rejimlə qarşı-qarşıyayıq.
O, əlavə edib: Razılaşmaya mane olan Netanyahudur və bu rejimin Qəzza zolağındakı cinayətləri Rəfəhə daxil olub-olmamasından asılı olmayaraq davam edir.