HƏMAS: İordan çayının qərb sahilindəki fələstinlilərin üsyanı işğalçılar qovulana qədər davam edəcək
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İordan çayının qərb sahilində fələstinlilərin qiyamlarının işğalçıların tənəzzülü və məhvinə qədər davam edəcəyini vurğulayıb.
İRNA-nın məlumatına görə, Zahir Cabarin deyib: İordan çayının qərb sahilində bütün müqavimət qrupları arasında tam koordinasiya, təcrübə və ekspertiza, potensialların ötürülməsi mövcuddur və müqavimətin bəhrələndiyi bu fenomen böyük zamin və təhlükəsizlik qalxanıdır. Sionist düşmən və bütün xalq üçün əsl güc Fələstindir.
Zahir Cabarin bütün fələstinliləri işğalçılarla bu qarşıdurmada iştirak etməyə çağıraraq deyib: Heç kim bu müqavimət və qarşıdurmada iştirakdan çəkinməməlidir. İordan çayının qərb sahilindəki Fələstin xalqının qarşısındakı işğalçılara müqavimət göstərməkdən və onlara qarşı çıxmaqdan başqa çarəsi yoxdur.
Zahir Cabbarin həmçinin vurğulayıb: Millətimizin azadlığını və onun məhrum edilmiş hüquqlarını əldə edənə qədər mübarizəmizi davam etdirəcəyik.