HƏMAS: İsrailin Rəfah keçidində sərnişin salonlarını yandırması “müharibə cinayətidir”
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejim ordusu tərəfindən Rəfah keçidinin daxilindəki çıxış binası və digər obyektlərin yandırılmasını“müharibə cinayəti” adlandırıb.
İRNA-nın verdiyi xəbərə görə, Həmas hərəkatı bu gün (17 iyun) bir bəyanatda yayaraq elan edib: Bu, sionist rejim ordusunun Qəzzada məzlum Fələstin xalqına qarşı davam edən soyqırım müharibəsi kontekstində həyata keçirilən bir cinayət və vəhşilikdir.
Bəyanatda həmçinin deyilir: İsrail ordusunun məzlum Fələstin xalqını məhv etmək istəyindən başqa heç bir əsası yoxdur. Bu, geniş beynəlxalq qınaq və zəruri tədbirlərin qəbul edilməsini tələb edir. İşğalçı rejimin rəhbərlərini məsuliyyətə cəlb etmək üçün tədbirlər görülməlidir.
Bəyanatda əlavə edilib: Sionist cinayətkar rejim fələstinlilərin xarici ölkələrlə əlaqəsini kəsəcək və minlərlə xəstə və yaralının müalicə üçün digər məkanlara səfər etməsinə mane olacaq.