HƏMAS kütləvi etirazlara çağırır

HƏMAS sionist İsrailin Qəzza zolağında törətdiyi soyqırımı dayandırmaq üçün üç günlük genişmiqyaslı etiraz aksiyaları və tədbirlərə çağırıb.
HƏMAS verdiyi yazılı açıqlamada qatil İsrailin Qəzzada törətdiyi qırğınların dozasını artıraraq qəsəbələri, sığınacaqları, çadırları və xəstəxanaları hədəf aldığını, bəzi ailələri isə əhali qeydlərindən tamamilə sildiyini bildirib.
Bəyanatda sionist İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin xalqının iradəsini qırmaq üçün blokada və aclıqdan silah kimi istifadə etdiyi və dünyanın da bu “müharibə cinayətlərinə” son qoymaqda aciz olduğu bildirilib.
Dünyanın azad insanlarına, eləcə də ərəb və islam ölkələrinə ünvanlanan bəyanatda mayın 16-17-18-də keçiriləcək genişmiqyaslı etirazlar və tədbirlər vasitəsilə İsrailə təzyiq göstərilməsinə çağırılıb.