HƏMAS lideri Ayətullah Xamenei ilə görüşdü

HƏMAS lideri Ayətullah Xamenei ilə görüşdü

Fələstinin İslami müqavimət hərəkatlarından olan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Üsamə Həmdan məlumat verib.

Üsamə Həmdan açıqlamasında bildirib ki, görüş yaxın günlərdən birində baş tutub.

HƏMAS rəsmisi görüşün təffərrüatları ilə bağlı açıqlama verməsə də müqavimət cəbhəsinin birgə addımlamasına görə fəxr etdiklərini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + nineteen =