HƏMAS Məscidül-Əqsanın mühasirəsini yarmağa çağırış etdi

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin Məscidül-Əqsa ətrafında həyata keçirdiyi təhlükəsizlik tədbirləri və fələstinlilərin bu müqəddəs məkana daxil olmasının qarşısını almasının ardınca çərşənbə günü mühasirəni yarmağa çağırış edib.
HƏMAS-ın Məscidül-Əqsanın mühasirəsini yarmaqla bağlı çağırış bəyanatında bildirilir: “İordan çayının qərb sahilindəki Fələstin xalqını işğalçı rejimin tədbirlərini pozmaq və sui-qəsdlərinin qarşısını almaq üçün Məscidül-Əqsaya getməyə çağırırıq.”
HƏMAS əlavə edib: “İordan çayının qərb sahili əhalisindən Məscidül-Əqsa və Qəzza zolağında mətanətli Fələstin xalqına dəstək olaraq işğalçı rejimə qarşı çıxmalarını istəyirik.”
Bu hərəkat Beytləhmin Əl-Nəfəq məntəqəsində bugünkü anti-sionist əməliyyatı münasibətilə təbrik edib və fələstinliləri işğalçı rejimlə mübarizəni gücləndirməyə çağırıb.