HƏMAS: Müharibədən sonra işğalçı rejim ordusunun Qəzzada qalmasına icazə verməyəcəyik
HƏMAS hərəkatının liderlərindən biri müharibədən sonra işğalçı rejim ordusunun Qəzzada qalmasına icazə verməyəcəklərini vurğulayıb.
İRNA-nın verdiyi xəbərə görə, Mahmud Mərdavi deyib: Biz ehtiyatlı nikbinliklə danışıqların növbəti mərhələsinə daxil oluruq və sionist rejimin baş naziri Benyamin Netanyahunun hiylələrindən xəbərdarıq.
Mahmud Mərdavi həmçinin müharibədən sonra heç bir xarici müdaxilə olmadan xalq öz taleyini özü təyin edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Wall Street Journal daha əvvəl bir məqalədə İsraillə Həmas arasında daha çox girovun azad edilməsinə səbəb ola biləcək atəşkəs danışıqları bu həftə irəliləyiş əldə edildiyi qənaətində olduğunu yazmışdı.