HƏMAS: Müqavimətin silahı qırmızı xəttdir

HƏMAS sionist rejimin xarici işlər nazirinin Qəzzədə atəşkəsin ikinci mərhələsinin müqavimətin tərksilah edilməsi ilə şərtləndirilməsi ilə bağlı açıqlamasına reaksiya verərək vurğulayıb ki, müqavimətin silahı qırmızı xəttdir və bununla bağlı heç bir danışıqlar və ya güzəşt qəbul edilməyəcək.
Sionist rejimin xarici işlər naziri Gideon Saar Təl-Əvivin yalnız Qəzzə zolağında tam tərksilah olarsa, atəşkəsin ikinci mərhələsinə girməyə hazır olduğunu açıqladıqdan sonra HƏMAS onun sözlərinə reaksiya verib.
HƏMAS liderlərindən olan Sami Əbu Zuhri çərşənbə axşamı AFP-yə müsahibəsində vurğulayıb ki, müqavimətin silahı qırmızı xəttdir və bu hərəkat heç vaxt Qəzzənin yenidən qurulması və ya humanitar yardımın gəlməsi üçün silahını müamilə etməyəcək.
O əlavə edib ki, müqavimətin tərksilah edilməsi ilə bağlı istənilən müzakirə əsassızdır. Bu məsələ təkcə HƏMAS üçün deyil, bütün Fələstin qrupları üçün müzakirə olunmaz və güzəştsizdir.