HƏMAS: Netanyahu istənilən atəşkəs razılaşmasını pozur

HƏMAS: Netanyahu istənilən atəşkəs razılaşmasını pozur

 HƏMAS hərəkatının rəsmilərindən biri bu hərəkatın heç vaxt danışıqların dayandırılması ilə bağlı geriyə çəkilmədiyinə işarə edərək Netanyahunun atəşkəsi istəməyən, bu məsələdən yayınmağa çalışan və Amerika seçkilərini gözləyən tərəf olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin xəbərinə görə, HƏMAS hərəkatının Livandakı rəsmi sözçüsü Vəlid Kilani bu gün (17 iyul) deyib: Danışıqlar dayandırılıb demək olmaz. HƏMAS təkliflərlə bağlı mövqeyini iyulun 3-də sionist rejimə elan edib və biz hələ də İsrailin cavabını gözləyirik.

O, ötən həftə atəşkəs danışıqları ilə bağlı görüşlərin dayandırılması ilə bağlı deyib: İşğalçı rejimin son günlər Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi vəhşi qətlləri nəzərə alsaq, danışıqların bu şəkildə davam etdirilməsi mümkün deyil. Amma bu o demək deyil ki, danışıqlar dayanıb və biz qarşı tərəfin cavabını gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 3 =