HƏMAS Qəzza razılaşmasının bir hissəsi kimi Sinvarın cəsədini tələb edib
HƏMAS hərəkatı İsraildən 2024-cü ilin oktyabrında Qəzza zolağında öldürülən Yəhya Sinvarın cəsədini geri qaytarmağı tələb edib.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinə görə, HƏMAS üzvləri Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailə aparılan Sinvarın cənazəsini qaytarmaq istəyirlər.
“Ynet” portalı isə öz mənbələrinə istinadən İsrailin Sinvarın cəsədini geri qaytarmaq istəmədiyini yazıb.