HƏMAS rəsmisi: Müqavimətin şərtləri qəbul edilmədikcə sionist əsirlər azad edilməyəcək

HƏMAS rəsmisi: Müqavimətin şərtləri qəbul edilmədikcə sionist əsirlər azad edilməyəcək

HƏMAS-ın yüksək səviyyəli liderlərindən biri bu gün (çərşənbə axşamı) vurğulayıb ki, sionist rejim əsirlərinin azad edilməsinin ilkin şərti bu rejimin müqavimətin şərtləri ilə razılaşmasıdır.

HƏMAS liderlərindən olan Sami Əbu Zəhri bu gün Tunisdə bir sıra fələstinli qrupların liderləri ilə keçirdiyi mətbuat konfransında deyib: “Sionist rejim Qəzzə zolağında atəşkəsin yaradılmasına əməl etməyincə, bu rejimlə hər hansı razılaşmanın heç bir mənası yoxdur.”

Əbu Zəhri əlavə edib: “Nə qədər ki, işğalçı rejim Fələstin xalqına qarşı təcavüzü dayandırmaq istəmir, biz niyə danışıqlar masasına oturub müqavilə imzalamalıyıq?”

HƏMAS rəsmisi bildirib: “İşğalçı rejimin əsirləri müqavimətin yanında qalacaq və bu rejim müqavimətin şərtlərinə əməl etməyincə, onlar heç vaxt azad edilməyəcək. Bu şərtlər arasında Qəzzə zolağına qarşı təcavüzün dayandırılması və bizim müəyyən etdiyimiz standartlara uyğun olaraq fələstinli əsirlərin azad edilməsi də var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 1 =