HƏMAS Rusiya, Əlcəzair və Çindən Qəzzada atəşkəslə bağlı yardım istəyib
HƏMAS hərəkatı Rusiya, Əlcəzair və Çinə müraciət edərək Qəzza zolağında vəziyyətin nizamlanması və İsraillə atəşkəslə bağlı razılığın əldə olunması üçün yardım istəyib.
Bu barədə təşkilatın Siyasi Bürosunun üzvü Üsamə Həmdan məlumat verib.
“Biz Rusiya, Çin və Əlcəzairdən İsrailin Qəzzaya təcavüzünü dayandırmaq üçün səy göstərmələrini xahiş etdik. HƏMAS nümayəndələrinin Moskvaya səfəri anklava qarşı təcavüzün dayandırılması səyləri çərçivəsində baş verir”, – Livanın “Al Mayadeen” telekanalının onun sözlərindən gətirdiyi sitatda deyilir.