HƏMAS Rusiya vətəndaşlığı olan 2 israilli qadını azad edib

HƏMAS Rusiya vətəndaşlığı olan 2 israilli qadını azad edib

HƏMAS hərəkatı çərşənbə gecəsi Rusiya prezidenti Vladimir Putinin xahişinə cavab olaraq Rusiya vətəndaşlığı olan iki israilli qadını azad etdiyini açıqlayıb.

İRNA-nın Sky News-a istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatı əlavə edib: Bu 2 əsir Rusiyanın səyləri və mövqeləri sayəsində və sionist rejimlə əsir mübadiləsindən kənar azad ediliblər.

Bununla bağlı sionist ordusunun sözçüsü 159 sionistin Qəzza zolağında hələ də əsir olduğunu elan edib.

Müvəqqəti atəşkəs sabah (cümə axşamı) yerli vaxtla səhər saat 7-də başa çatacaq və bu atəşkəsin uzadılması üçün diplomatik səylər davam edir.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü il, şənbə günü Qəzzadan (Fələstinin cənubu) işğalçı Qüds rejimi və bu rejimin mövqelərinə qarşı “Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb. Sionist rejim qisas almaq və məğlubiyyətini kompensasiya etmək və müqavimət qruplarının əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və ərazini bombalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − eight =