HƏMAS Siyasi Ofisinin sədr müavini: İran İslam İnqilabı tarixin gedişatını dəyişdi

HƏMAS-ın Siyasi Ofisi rəhbərinin müavini İran İslam İnqilabının qələbəsi bayramında etdiyi çıxışda Əl-Əqsa Tufanının sionist rejimin tənəzzülünün ilk mərhələsi olduğunu vurğulayaraq deyib: “Bu gün Qüdsün azad edilməsi istiqamətində yeni bir sübh başlayıb.”
Xəlil əl-Həyyə bu gün, bazar ertəsi, 22 Bəhmən Tehranın Azadi meydanında İslam İnqilabının qələbəsinin 46-cı ildönümünü qeyd edən yürüş iştirakçıları qarşısındakı çıxışında Qəzzə və Fələstində Əl-Əqsa Tufanı döyüşündə müqavimət oxunun dəstəyi ilə bu qələbənin mümkün olduğunu bəyan edərək vurğulayıb: “İran həmçinin İsrailin İrana qarşı təcavüzünə cavab olaraq “Doğru Vəd 1” və “Doğru Vəd 2” iki qalibiyyətli əməliyyat həyata keçirdi.”
Xəlil əl-Həyyə qeyd edib ki, bu, özlüyündə israillilərin təcavüzkar mahiyyətə sahib olduğunun sübutu idi. Bu gün israillilərin, amerikalıların və qərblilərin bu davamlı təcavüz və azğınlığına son qoymağın, onların İsrailin tüğyankarlığına dəstəyini puça çıxarmağın vaxtı çatıb.
HƏMAS Siyasi Ofisi rəhbərinin müavini deyib: “Bu gün bir sübh olaraq Qüdsə və Fələstinin azadlığına yeni baxış başlayıb. Əl-Əqsa Tufanı İsrail işğalının sona çatması və Fələstin xalqının qələbəsi üçün yalnız ilk addım idi.”
“Əl-Əqsa Tufanı bütün illüziyalar üzərində, səsi göylərə qalxan bütün kateqoriyalar üzərində puçluq xəttinin çəkilməsi idi” – deyə, o, qeyd edib.
Əl-Həyyə çıxışının davamında deyib ki, Əl-Əqsa Tufanı qorxu vəziyyətini aradan qaldırdı. Bizə həmişə deyirdilər ki, qan qılınc üzərində qalib gələ bilməz. Biz gördük ki, Uca Allahın sözü gerçəkləşdi: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir.”
HƏMAS-ın Siyasi Ofisi rəhbərinin müavini deyib: “İran İslam İnqilabı tarixin gedişatını dəyişdirdi və Fələstin məsələsini öz ağuşuna aldı, Fələstinin hüquqlarını və Fələstin müqavimətini müdafiə etdi. Bu inqilabdan keçən onilliklər ərzində İran İslam İnqilabı həmişə belə olub və belə də qalacaq.”
Əl-Həyyə deyib: “Biz əminik ki, İran həmişə Fələstinin, biz fələstinlilərin hüquqlarının və müqavimətin tərəfdarı olaraq qalacaq, beləliklə, bir gün Qüdsdə qələbəni birlikdə qeyd edə biləcəyik.”